XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 18:32

İran və Rusiya XİN başçıları arasında telefon danışığı:Venesuela məsələsi müzakirə olunub

İranla Rusiya xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Sergey Lavrov telefonla Venesueladakı son vəziyyətə, habelə ikitərəfli əməkdaşlığa dair müzakirələr aparıblar.

“Report” Rusiya XİN-in saytına istinadən xəbər verir ki, İran tərəfinin təşəbbüsü ilə keçirilən söhbət zamanı tərəflər Venesuelada daxili əmin-amanlığı təmin etmək və aktual sosial iqtisadi məsələləri tezliklə həll etmək naminə ölkənin məsul siyasi qüvvələri arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün qarşılıqlı səy göstərməyə hazır olduqlarını ifadə ediblər.