XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 21:46

Xuan Quaydo orduya səsləndi:"Dinc nümayişçilərə təzyiq göstərməmək əmri verirəm”

Venesuelanın özünü prezident elan edən müxalifət lideri Xuan Quaydo ordunu öz tərəfinə çəkmək üçün ikigünlük nümayişlərə səsləyib.

Strateq.az “Amerikanın Səsi”nə istinadən bildirir ki, çərşənbə günü 2 saatlıq dinc nümayişə cağıran lider nümayişçilərdən ordunu xalqı dəstəkləməyə təşviq etməsini istəyib. Şənbə günü isə o, ölkənin hər bir tərəfində nümayiş keçirilərək, Avropa İttifaqının tələb etdiyi yeni seçkilərin istənilməsinə çağırıb.

Quaydo Maduro rejimindən imtina edən demokratiya tərəfdarı əsgərlərə amnistiya vəd edib. “Venesuela əsgərləri, bu gün mən sizə əvvəllər olduğu kimi dinc nümayişçilərə təzyiq göstərməmək əmri verirəm” – deyə, Quaydo bildirib.

Venesuelada 5 ildir ki, davam edən iqtisadi böhran minlərlə insanın daha yaxşı həyat şəraiti üçün qonşu ölkələrə köçməsinə səbəb olub.