XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2019 - 21:56

1991-ci ildə Qorbaçova qarşı qiyam qaldırmış “QKÇP”nin daha bir üzvü öldü –FOTO

SSRİ Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsinin (QKÇP) iştirakçılarından biri Aleksandr Tizyakov 93 yaşında vəfat edib. 

Bu barədə sosial şəbəkədə “Exo Moskvı” radiosunun başçısı Aleksey Venediktov məlumat yayıb. Tizyakovun Yekaterinburqda dəfn ediləcəyi bildirilir. QKÇP-nin səkkiz üzvündən hazırda iki nəfər sağdır. Bunlar Dmitri Yazov və Oleq Baklanovdur.

Qeyd edək ki, SSRİ Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi 1991-ci ilin avqust ayının 18-dən 21-nə qədər fəaliyyət göstərib. Özünü elan etmiş bu orqan SSRİ hökumətinin yüksək vəzifəli şəxslərindən ibarət idi. Onlar SSRİ prezidenti M.S.Qorbaçov tərəfindən həyata keçirilən yenidənqurma siyasətinə və SSRİ-nin konfederativ quruluşlu Suveren Dövlətlər Birliyinə çevrilməsi qərarına qarşı çıxmışdılar. Yeni yaradılar birliyə 15 keçmiş SSRİ respublikalarından 9-u daxil olacaqdı.