İranla Rusiya xarici işlər nazirləri Məhəmməd Caval Zərif və Sergey Lavrov telefonla Venesueladakı son vəziyyətə, habelə ikitərəfli əməkdaşlığa dair müzakirələr aparıblar.
“Report” Rusiya XİN-in saytına istinadən xəbər verir ki, İran tərəfinin təşəbbüsü ilə keçirilən söhbət zamanı tərəflər Venesuelada daxili əmin-amanlığı təmin etmək və aktual sosial iqtisadi məsələləri tezliklə həll etmək naminə ölkənin məsul siyasi qüvvələri arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün qarşılıqlı səy göstərməyə hazır olduqlarını ifadə ediblər.