Ukraynanın Mərkəzi Seçki Komissiyasının növbəti iclasında daha 2 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb.
Strateq.az Azərtac-a istinadən xəbər verir ki, bununla da MSK tərəfindən qeydə alınan prezidentliyə namizədlərin sayı 22-yə çatıb.
Komissiya Ruslan Koşulinskiy və Aleksandr Danilyukun prezidentliyə namizədliyini qeydə alıb. MSK, həmçinin Aleksandr Kovalçukun prezidentliyə namizədliyini qeydə almaqdan imtina edib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Prezidentliyə namizədlərin sayının 30-u ötəcəyi proqnozlaşdırılır. Artıq 41 nəfər namizədliyinin qeydə alınması üçün sənədlərini MSK-ya təqdim edib.