Əfqanıstanda “Taliban” hərəkatının silahlılarının hücumu nəticəsində azı 6 polis əməkdaşı həlak olub.
TASS xəbər verir ki, insident ölkənin şimalında yerləşən Balh əyalətində qeydə alınıb.
Nəzarət-buraxılış məntəqələrinə hücum zamanı, həmçinin 3 polis əməkdaşının yaralandığı bildirilir/Azərtac.