XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 15:29

Tramp – demokratlar davasından ABŞ iqtisadiyyatı 11 milyard dollar itirib –Hesabat

ABŞ iqtisadiyyatı hökumətin 35 gün ərzində qismən bağlanması nəticəsində 11 milyard dollar itirib. Bu şatdaun ABŞ tarixində ən uzunmüddətli sayılır.

Konqresin Büdcə İdarəsi yanvarın 28-də bu haqda hesabat yayıb. Elə həmin gün şatdaunun təsirinə məruz qalmış 800 min federal işçinin çoxu iş başına qayıdıb. Büdcə idarəsi beş həftəlik şatdaun ərzində dəymiş 11 milyard dollarlıq ziyanın 8 milyard dollarının bərpa olunacağı gözləyir, belə ki, işçilər gecikmiş də olsa maaşlarını alacaqlar.

İdarənin hesablamasına görə, bu şatdaun nəticəsində ABŞ iqtisadiyyatı bu ilə proqnozlaşdırıldığından 0,02 faiz kiçik olacaq.

Prezident Donald Tramp və Konqres liderləri yanvarın 25-də hökumətin yenidən açılmasına razılaşıblar. Tramp Meksikayla sərhədin hasarlanmasına pul tələbini hələlik, kənara qoyub. Amma razılaşma müvəqqətidir, növbəti son tarix fevralın 15-də bitir.

Tramp deyib ki, konqresmenlər onun tələblərinin bəzilərinə, yaxud hamısına razılaşmasalar, yenidən hökuməti bağlaya bilər. Yanvarın 30-da Konqresin respublikaçılar və demokratlardan təmsilçiləri görüşəcək, kompromis əldə etməyə çalışacaqlar.

(Azadlıq radiosu)