XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Yanvar 2019 - 15:35

Xüsusi prokuror Müller “Rusiya işi”nin istintaqını yekunlaşdırır –Ümumilikdə 34 nəfərə qarşı ittiham irəli sürülüb

Xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisi kampaniyasına mümkün müdaxiləsi üzrə istintaqı sona çatır. Bunu Birləşmiş Ştatların aparıcı ədliyyə rəsmisi deyir.

Baş prokurorun vəzifəsini icra edən Matthev Vaytaker yanvarın 28-də danışıb. Bundan bir neçə gün öncə isə Müllerin təhqiqatçıları Prezident Donald Trampın yaxın adamına ittihamlar irəli sürüblər.

Roger Stonunun ittiham olunması Müller istintaqının hələ bir müddət davam edəcəyi ehtimalını ortaya çıxarıb.

Vaşinqtonda mətbuat konfransında çıxış edən Vaytaker deyib ki, ona Müller istintaqı barədə tam məlumat verilib.

“Məncə, istintaq yekunlaşdırılmaq üzrədir və ümid edirəm, Direktor Müllerin hesabatnı mümkün qədər tez əldə edəcəyik”, – Vaytaker deyib.

Vaytaker Ədliyyə Departamentinin rəhbərliyinə noyabrda, baş prokuror Ceff Seskions istefa verəndən sonra gətirilib. Seskions əslində, Müllerin 2017-ci ilin mayından apardığı bu qeyri-adi istintaqa nəzarət etməliydi.
Amma mümkün konflikləri nəzərə alaraq özünü istintaqdan kənara çəkdi, bu işi müavininin öhdəsinə buraxdı. Tramp isə bu qərarına görə Seskionsu dəfələrlə tənqid edib.

Vaytaker isə özünü istintaqdan kənarlaşmayıb. Baxmayaraq ki, demokratlar onun əvvəllər bu istintaqla bağlı qərəzli bəyanatlarını misal çəkirlər. Vaytaker bu işdə müvəqqətidir, ABŞ Senatı daimi baş prokuror barədə tezliklə səsvermə keçirməlidir.

Müllerin istintaqı çərçivəsində indiyədək 34 nəfərə ittiham irəli sürülüb. İttiham olunanlar sırasında Trampın milli təhlükəsizlik müşaviri, seçki kampaniyasının keçmiş rəhbəri, keçmiş şəxsi vəkili də var.

(Azadlıq radiosu)