XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2019 - 17:39

Poroşenko prezidentliyə iddiasını açıqladı:"Namizəd olacam"

Ukrayna Prezidenti Petro Poroşenko prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürəcəyini rəsmən elan edib.

Bunu P.Poroşenko “Krutdan Brüsselə qədər. Biz öz yolumuzla gedirik” adlı forumda bildirib.

Forumda Nazirlər Kabinetinin nümayəndələri, nazirlər, hökumət təmsilçiləri, “Petro Poroşenkonun Bloku” fraksiyasının deputatları, sabiq prezident V.Yuşenko iştirak ediblər.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 22 nəfərin namizədliyini qeydə alıb/Azərtac.