XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 20:43

Gürcüstanda təhsil sistemi ilə əlaqədar yeni model hazırlanıb- Detallar

Gürcüstanda təhsil sistemi ilə əlaqədar yeni model hazırlanıb. Sənəddə 2020-ci ildən etibarən ölkənin ictimai məktəblərində buraxılış imtahanlarının ləğvi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, təhsil sistemində nəzərdə tutulan yeniliklər 2020-ci ildən həyata keçiriləcək. Cari ildə isə (2019-cu il) 11-ci sinif şagirdləri buraxılış imtahanları verməyəcəklər. Buraxılış imtahanları bu il 12-ci sinif şagirdləri üçün qüvvədə qalacaq.

Əsas yeniliklərdən biri də ali məktəblərə qəbulla bağlıdır. 2020-ci ildən başlayaraq ali məktəblər hər bir proqram üzrə baryeri özləri müəyyənləşdirəcək. Gələn ildən etibarən milli imtahanlar 4 fənnin əvəzinə 3 fənn üzrə keçiriləcək.

Gürcü dili və ədəbiyyatı, xarici dil üzrə imtahanlar bütün abituriyentlər üçün məcburi olacaq. Üçüncü məcburi fənn isə ali təhsil müəssisəsinin proqramına əsasən müəyyən ediləcək. Belə ki, texniki istiqamət üzrə abituriyentlər riyaziyyat, humanitar istiqamət üzrə isə tarix fənnindən imtahan verməli olacaqlar.