XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 20:52

Çin bu il ABŞ-ı qabaqlayacaq- Dünyanın ən böyük pərakəndə satış bazarına çevrilməklə

Çin bu il ABŞ-ı qabaqlayaraq dünyanın ən böyük pərakəndə satış bazarı ünvanına sahiblənəcək.

Bu barədə “eMarketer” araşdırma şirkətinin hesabatında qeyd olunur. Şirkətin mütəxəssisləri güman edirlər ki, cari il ərzində Çində pərakəndə satışın həcmi 7,5 faiz artaraq 5,636 trilyon dollara çatacaq. ABŞ-da isə bu sahə üzrə artım 3,3 faiz olmaqla, ümumi rəqəm 5,529 trilyon dollar təşkil edəcək.

Mütəxəssislər Çinin pərakəndə satış bazarında bu cür canlanmanı əhalinin gəlirlərinin çoxalması və elektron ticarətin populyarlaşması ilə əlaqələndirirlər. Çin Milli Statistika Bürosunun məlumatına görə, ölkədə pərakəndə satışın beşdəbirini elektron ticarət təşkil edir. Təkcə ötən il noyabrın 11-də “Şoppinq festivalı”nda “Alibaba” şirkəti elektron ticarət platformalarından 31,46 milyard dollarlıq pərakəndə satış həyata keçirilib. “eMarketer” araşdırma şirkətinin proqnozlarına görə, bu il dünya üzrə bütün elektron pərakəndə satışın 55,8 faizini Çin təmin edəcək. Bu rəqəm 2022-ci ildə 63 faizə çatacaq(azərtac).