XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 21:50

Misir Prezidenti Rusiya Təhlükəsizlik Şurasının katibi ilə görüşüb- Nələr müzakirə olunub?

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib və Rusiya-Misir əməkdaşlığını müzakirə edib.

Misir Prezidenti Dəftərxanasının rəsmi nümayəndəsi Bəssam Radinin sözlərinə görə, görüşdə tərəflər Rusiya-Misir əməkdaşlığı məsələlərinin geniş dairəsini, o cümlədən təhlükəsizlik və hərbi sahələrdə, xüsusən terrorizmə və ekstremizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər.

B.Radinin sözlərinə görə, N.Patruşev terrorizmə qarşı mübarizədə Misirin səylərini yüksək qiymətləndirib, bu şər qüvvəyə mübarizədə səylərin birləşdirilməsinin zəruri olduğunu bildirib.

Rəsmi nümayəndə onu da bildirib ki, tərəflər regional məsələləri, xüsusən, Suriyada və Liviyada vəziyyəti müzakirə ediblər. Onun sözlərinə görə, regionda müxtəlif böhranların siyasi yolla tənzimlənməsinin əldə olunmasının və ölkələrin birliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasının əhəmiyyətinə dair iki ölkənin mövqeyi üst-üstə düşür və bu da regionda təhlükəsizliyi və sabitliyi təmin edəcək.

B.Radi deyib ki, görüşdə ümumi maraq doğuran, xüsusən, Yaxın Şərqin hazırda üzləşdiyi və nəticələri regionun hüdudlarından kənara çıxan çağırışlar nöqteyi-nəzərindən maraq doğuran müxtəlif regional məsələlər üzrə məsləhətləşmələri və əlaqələndirməni gücləndirməyin zəruriliyi vurğulanıb(azərtac).