XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2019 - 23:47

Gürcüstan XİN-dən NATO Baş katibinin səfərinə şərh:"Məqsəd əməkdaşlığı daha da genişləndirməkdir"

NATO-nun baş katibi Yens Stoltenberq mart ayında Gürcüstana səfər edəcək.

Səfərin məqsədi Gürcüstan hökuməti və liderləri ilə tərəfdaşlıq barədə müzakirələr aparmaq, əməkdaşlığı daha da möhkəmləndirməkdir.

Baş katib, mart ayında Gürcüstanda keçiriləcək “NATO-Gürcüstan: 2019” hərbi təlimlərini də izləyəcək. Gürcüstanın NATO-ya üzv qəbul olunmasına toxunan Y.Stoltenberq qeyd edib ki, bu məsələ ilə bağlı həm ölkə, həm də Alyans qərar verməlidir: “Bu prosesə kiminsə müdaxilə etmək hüququ yoxdur”.

Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib ki, baş katiblə yanaşı, Alyansın digər yüksək vəzifəli rəsmiləri də Gürcüstana səfər edəcəklər.

“Məqsəd NATO-Gürcüstan əməkdaşlığını daha da genişləndirməkdir. Bununla bağlı il ərzində bir neçə qarşılıqlı səfər nəzərdə tutulur”, – deyə D.Zalkaliani vurğulayıb/Azərtac.