XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 10:50

ABŞ-da tibbi helikopter qəzaya uğradı- 3 ÖLÜ

ABŞ-ın Ohayo ştatında tibbi helikopter qəzaya uğrayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, helikopterdə olan 3 ekipaj üzvünün hamısı ölüb.

Hadisə yerli vaxtla səhər saatlarında Vinton dairəsində baş verib.

Ştatın patrul polisinin məlumatına görə, helikopter Qrouv Siti şəhərindəki tibb məntəqəsindən havaya qalxıb, göyərtədə heç bir xəstə olmayıb.

ABŞ Federal Aviasiya İdarəsi (The Federal Aviation Administration) hadisənin araşdırılması ilə məşğuldur.