XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 11:56

Amerika ştatlarını şaxta bürüyüb:"Çikaqoda Antarktikadan daha soyuqdur"

Amerika Birləşmiş Ştatlarının qar örtüyünə bürünən Çikaqo və Minneapolis də daxil olmaqla bir sıra iri şəhərlərini bu həftə daha sərt soyuqlar gözləyir. Havanın kəskin surətdə dəyişməsinə səbəb Orta Qərbin dərinliklərinə və Amerikanın şimal-qərb ştatlarına doğru irəliləyən soyuq arktik hava axınıdır.

AZƏRTAC xəbər verir ki, Şimali Dakotadan Menədək onlarca ştatda havanın rekord dərəcədə aşağı temperaturu proqnozlaşdırılır.

Ən aşağı və həyat üçün təhlükəli temperatur Çikaqoda gözlənilir. Bu şəhərdəki Şimal-Qərb Memorial Xəstəxanasının həkimləri şaxtadan barmaqlarını itirmiş bir neçə pasiyenti qəbul ediblər. ABŞ Milli Xidmətinin sinoptikləri xəbər veriblər ki, çərşənbə axşamı Çikaqonun özündə və İllinoys ştatının şimalında mənfi 46 dərəcə Selsi qeydə alınıb.

Bu, çərşənbə günü ən aşağı temperaturun mənfi 22 dərəcə Selsi təşkil etdiyi Antarktikadakı Pristli buzlağından daha soyuqdur. Miçiqan və Viskonsindəki hündür qar örtüyü regionda yüzlərlə avtomobil qəzasına və aeroportlarda minlərlə reysin ləğvinə gətirib çıxarıb.