XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 12:01

Putin üçün Medvedev dilemması:Baş nazir istefaya göndəriləcəkmi?

“Dmitri ilə neyləməli?” “Politico” portalında Mark Bennetts yazıb ki, Rusiya Prezidenti Vladimir Putin bu sualla getdikcə daha çox üzləşir, çünki Medvedev hökumətinə ictimai dəstək azalmaqdadır.

“Levada” mərkəzinin bu ay dərc etdiyi rəy sorğusuna görə, rusiyalıların çoxu Medvedev hökumətinin dərhal buraxılmasını istəyir.

İndi Putin belə bir qərar verməlidir: ictimai fikrə boyun əysin və Rusiyanın iqtisadi, sosial problemləri üçün günah keçisi rolunu oynamış Medvedevi işdən çıxarsın, yoxsa onun populyar olmayan hökuməti işində qalsın. İkinci halda Putinin özünün də sürətlə düşən reytinqinə əlavə zərbə dəyəcək. Ötən il Rusiya prezidentinə dəstək 80 faizdən 66 faizə enib. Ona inam isə hazırda 33 faizdir, bunu Vtsiom dövlət sorğu mərkəzi üzə çıxarıb”, – məqalədə deyilir.

Baş naziri işdən çıxararsa, Putinin populyarlığı həqiqətən yüksələr, əvvəllər Kremldə çalışmış, indi isə siyasi konsultant işləyən Abbas Gallyamov deyib.

Adamlarda durumun düzələcəyinə ümid yaranar. Amma Rusiya prezidenti bu addımın vaxtını düzgün seçməlidir. Bu, yalnız bircə dəfə istifadə oluna biləcək alətdir”, – o, sözlərinə əlavə edib.

Medvedev 2008-2012-ci illərdə prezident postuna gətirildi, çünki konstitusiya Putinin üçüncü müddətə prezident seçilməsinə imkan vermirdi.

53 yaşlı rok fanatı, texnologiya həvəskarı Medvedevə vaxtilə Rusiya liberalları və Qərb liderləri Putin avtoritarizmini balanslaşdıran qüvvə kimi baxırdılar. O, 2012-ci ildən yenidən hökumətin başına keçdi. Amma indi rusiyalıların çoxu onun getməli olduğunu deyirlər.

“Levada” mərkəzinin sorğusuna görə, respondentlərin 53 faizi (2016-cı ildə bu rəqəm 20 faiz idi) onun getməsini istəyir, prezidentin inflyasiya, gəlirlərin azalmasıyla mübarzə apara bilmədiyini düşünür. Respondentlərin 40 faizi Medvedev və hökumətinin qalmalı olmasını deyir, 8 faiz hələ bu haqda bir qərar vermədiyini söyləyir. (azadliq.org)