XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

30 Yanvar 2019 - 14:37

Rusiyaya “Maduronun qızılı” gətirilməyib –Moskva ittihamı rədd etdi

Kreml Venesueladan Rusiyaya 20 ton qızıl gətirilməsi barədə ittihamı rədd edib.

Strateq.az TASS-a istinadən bildirir ki, bu barədə Putinin mətbuat katibi Dimitri Peskov bildirib.

Xatırladaq ki, Venesuela parlamentinin “Tvitter” səhifəsində deputat Xose Qerranın adından tvit yayılıb. Tvitdə Mərkəzi Bankdakı mənbəyə istinadən bildirilir ki, Moskvadan gələn təyyarə ilə ölkədən 20 ton qızıl çıxarılıb.

Peskov jurnalistlərdən belə feyk xəbərlərə diqqətli yanaşmağı xahiş edib.  Və bildirib ki, Moskva Venesueladakı böhranın həllinə kömək etməyə hazırdır: “Lakin Rusiya hər hansı üçüncü ölkənin böhrana müdaxiləsinin əleyhinədir”.