XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 14:40

“ABŞ-ın nüvə müqaviləsini tərk etməsinin səbəbi Rusiya deyil” –EKSPERT
“ABŞ-ın nüvə müqaviləsini tərk etməsinin səbəbi Rusiyanın müqaviləni pozması iddiaları deyil. Rusiya Müdafiə Nazirliyi 9M729 raketini nümayiş etdirib”.
Ordu.az xəbər verir ki, bu barədə Nüvə və Kosmik Siyasət Təşəbbüsü Müşahidəçi Araşdırmaları Təşkilatının rəhbəri və əməkdaşı Rayesvari Pilay danışıb.
Onun sözlərinə görə, Trampın müqavilədən çəkilmə qərarının əsas səbəbi Çinin bu paktın tərəfdaşı olmamasıdır.“Rusiya və ABŞ bir-birini müqaviləni pozmaqda günahlandırır, lakin 1987-ci il paktı ilə bağlı problem odur ki, Çin onun üzvü deyil”, – deyə o əlavə edib.

Pilayın fikrincə, Vaşinqton müqavilədən geri çəkildikdən sonra Çinə qarşı ortamənzilli raketlər inkişaf etdirəcək.

“Bununla belə, Qərb ölkələrində Rusiyaya qarşı ümumi bir inamsızlıq mövcuddur. Bu ona görədir ki, NATO ölkələri Rusiyanın raket təqdimatında iştirak etməyib”, – deyə o əlavə edib.