XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Yanvar 2019 - 15:09

Rusların əksəriyyəti ölkəyə xaricdən hərbi təcavüzü istisna etmirlər –SORĞU

Rusiya vətəndaşlarının 56 faizi digər ölkələrdən Rusiyaya qarşı hərbi təcavüzü gözləyirlər.

Strateq.az bildirir ki, bu barədə Rusiyanın tanınmış “Levada-Sentr” analitik Mərkəzinin açıqladığı hesabatda deyilir.

Bununla yanaşı rəyi soruşulanların 88 faizi əmindir ki, ordu ölkəni müdafiə etməyə qadirdir. Rusların müharibə ilə bağlı maksimal qorxusu 2015-ci ildə qeydə alınıb.  Həmin bu rəqəm 68 faiz olub. Bundan sonra təhlükə hissi enməyə başlayıb.

Mərkəzin sosioloqları qeyd edib ki, təhlükə hissinin belə yüksək olmasına səbəb Qərblə olan münaqişə və ölkənin təcrid olunmasıdır.