XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 15:14

BƏƏ-də təsis olunmuş gender bərabərliyi mükafatlarına kişilər layiq görülüb- FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum 2018-ci ildə gender bərabərliyinin təmin olunması sahəsində üç kateqoriyada təsis olunmuş mükafatları sahiblərinə təqdim edib.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, hər üç mükafata layiq görülənlər kişilərdir. Gender tarazlığının qorunması sahəsində ən yaxşı təşkilat mükafatı Federal Rəqabətlilik və Statistika idarəsinin rəisi Abdulla Naser Lutaha təqdim olunub. Bu sahədə ən yaxşı ictimai xadim isə Baş nazirin müavini və daxili işlər naziri şeyx Seyf bin Zaid Al Nəhyan elan edilib. Hökumətin mətbuat üçün açıqlamasında deyilir ki, nazir bu mükafata gender bərbərliyi, qadın və kişilər üçün bərabər imkanların yaradılmasına görə layiq görülüb.

Məhz onun səyləri ilə BƏƏ ordusunda qadın hərbi qulluqçuların xidmət etməsinə şərait yaradılıb. Gender bərabərliyi üzrə ən yaxşı təşəbbüs mükafatı isə insan resursları və əlaqələndirmə naziri Nasser bin Tani Al Hamliyə təqdim edilib.

Dünya mətbuatında mükafatların laureatları arasında qadınların olmaması barədə tənqidlərə cavab verən Dubay rəsmiləri qeyd ediblər ki, 2017-ci ilin mükafatçıları arasında bir qadın da olub. Eyni zamanda, BƏƏ hökuməti məlumat verib ki, hazırda ölkənin ictimai sektorunda işləyənlərin də 66 faizi zərif cinsin nümayəndələridir.