XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 16:34

Ukraynada 200 minə yaxın insan qripə yoluxub- Bir həftə ərzində

Yanvarın üçüncü həftəsində Ukraynada 199 min insan qrip və kəskin respirator virus infeksiyasına tutulub. AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyinin məlumatında deyilir.

Qrip və kəskin respirator virus infeksiyasına tutulanların 58,5 faizi 17 yaşına qədər olan uşaqlardır. Bu da 12,5 faiz artım deməkdir.

Səhiyyə Nazirliyinın məlumatına görə, Ukraynada qrip epidemiya halını alıb.

Qrip epidemiyasına görə, Ukraynanın bir çox bölgələrində, o cümlədən paytaxt Kiyevdə bəzi orta məktəblər bağlanıb.