XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 January 2019 - 17:21

Səudiyyə Ərəbistanında 126 məmur işdən qovulub- Korrupsiyada ittiham olunurlar

Səudiyyə Ərəbistanının Bələdiyyələrlə İş üzrə Nazirliyi korrupsiyada ittiham olunan 126 məmuru işdən qovub.

AZƏRTAC Nazirliyin bəyanatına istinadla xəbər verir ki, bu idarənin Ər-Riyad, Ciddə və daha 13 şəhərdəki bölmələrindən olan məmurlar işdən qovulub.

Xatırladaq ki, son illərdə Səudiyyə Ərəbistanında korrupsiyanın kökünü kəsmək və maliyyə vəsaitlərinin dövlət xəzinəsinə qaytarılması məqsədilə Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərliyi ilə genişmiqyaslı antikorrupsiya kampaniyası həyata keçirilir.