XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 19:51

Şanxay Əməkdaşlıq Təşkilatının Xalq Diplomatiyası Mərkəzi açılıb- Daşkənddə

Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xalq Diplomatiyası Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Özbəkistan parlamenti Ali Məclisi və Senatının deputatları, hökumət üzvləri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də olub.

Özbəkistan Senatı sədrinin birinci müavini Sadık Safayev, Xalq Diplomatiyası Mərkəzinin direktoru Raxmatulla Nazarov, Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədri Rustan Kurbanov mərkəzin məqsəd və vəzifələri haqqında məlumat veriblər. Onlar bildiriblər ki, dünyada qloballaşma və inteqrasiya proseslərinin getdiyi müasir şəraitdə xalq diplomatiyası beynəlxalq münasibətlərin əsas və ayrılmaz hissəsinə çevrilir. Beləliklə, qarşıya qoyulan məqsəd qarşılıqlı etimad və sıx tərəfdaşlıq münasibətlərinə arxalanır ki, bunsuz inkişaf mümkün deyil.

Sonra ŞƏT-in baş katibi, Özbəkistanın nümayəndəsi Vladimir Norovun tədbir iştirakçılarına müraciəti oxunub.

Müraciətdə bildirilir ki, ŞƏT üzv ölkələr arasında mədəni-humanitar, vətəndaş cəmiyyəti institutları, o cümlədən gənclər siyasəti və qadın təşkilatları arasında əlaqələrin daha da dərinləşməsinə önəm verir.

Xatırladaq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşıdır.