XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2019 - 20:47

Danimarka müdafiə xərclərini artırır- NATO-ya qarşı təhdidlərin artması ilə bağlı

Danimarka hökuməti dövlət büdcəsindən müdafiə məqsədləri üçün xərclərin artırılması barədə qərar qəbul edib.

AZƏRTAC Krallığın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hökumətin müdafiə sahəsində yeni saziş imzalaması Danimarka və NATO-ya qarşı davam edən təhdidlərin sayının və miqyasının artmasıdır.

Danimarkanın müdafiə naziri Klaus Hyort Frederiksen bununla bağlı bildirib ki, müdafiə sahəsində sazişin imzalanması indiki dövr üçün tamamilə qanunauyğundur və ölkənin müdafiəsini daha da gücləndirəcək. Krallığın 2023-cü ilədək müdafiə xərclərinin artaraq ÜDM-nin 1,5 faizinə çatacağı gözlənilir. Müdafiə Nazirliyindən onu da əlavə ediblər ki, dünyada artan gərginlik və gözlənilməz hadisələrin fonunda NATO qoşunların təchizatı və sıralarının genişləndirilməsi üzrə bir sıra sərt qərarlar qəbul etməli olub.

Müdafiə xərclərinin artırılması qərarı hökumətdə təmsil olunan partiyalarla yanaşı, müxalif siyasi qüvvələr tərəfindən də dəstəklənib. Bu isə o deməkdir ki, son nəticədə 2023-cü ilədək Danimarkanın müdafiə büdcəsinə 1,5 milyard kron (200 milyon avro) vəsait əlavə olunacaq.