XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 18:37

Pompeo ABŞ-ın INF Müqaviləsindən çıxdığını elan etdi –NATO-dan dərhal dəstək gəldi

ABŞ dövlət katibi Mike Pompeo bəyan edib ki, Birləşmiş Ştatlar fevralın 2-dən etibarən Ortamənzilli Raket Qüvvələri (INF) Müqaviləsi üzrə öhdəliklərini dayandırır.

Fevralın 1-də çıxış edən Pompeo deyib ki, Birləşmiş Ştatlar INF müqaviləsini altı ay ərzində tərk edəcəyi barədə rəsmi bildirişi Moskvaya təqdim edəcək.

Pompeo Vaşinqtonda müxbirlərə deyib ki, Birləşmiş Ştatlar Rusiya ilə silahlara nəzarətə dair danışıqlara açıq qalır.

O deyib ki, prezident Donald Trump təftişi və icbariliyi mümkün olan müqavilə istəyir. Pompeonun bu bəyanatından bir neçə dəqiqə sonra NATO müttəfiqləri ABŞ-ın INF müqaviləsindən çıxmaq qərarını “tamamilə dəstəklədiklərinə” dair bəyanat veriblər.