XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2019 - 19:39

Maradona FIFA-nı tənqid edib:"Bizimlə yeməyə ehtiyacı olan balaca it kimi davrandılar"

 Argentina milli komandasının əfsanəvi futbolçusu Dieqo Maradona FIFA rəhbərliyini tənqid edib.

59 yaşlı mütəxəssis Canni İnfantinonun rəhbərliyi altında qurumun işində müsbət dəyişikliyin olmadığını söyləyib.

O həmçinin təşkilatın prezidentinə məktub göndərərək FIFA əfsanələrinin kapitanlığından istefa verdiyini bildirib: “Yozef Blatter və Xulio Qrondona (FIFA-nın sabiq vitse-prezidenti və Argentina Futbol Federasiyasının sabiq prezidenti) ayrıldıqdan sonra təşkilat dəyişməyib. Məni Marko van Basten və başqa bir oyunçu ilə birlikdə otel otağına apardılar. Onlar bizimlə qidalanmağa ehtiyacı olan balaca it kimi davrandılar. Bu, bizə qarşı olan bir hörmətsizlik idi. Buna görə əməkdaşlığı pozmağa qərar verdim. İndi FIFA haqqında bildiklərini ifşa etməyə başlayacağam”.

Qeyd edək ki, 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatı başa çatdıqdan sonra FIFA Maradona ilə əməkdaşlığı dayandırıb. O, hazırda Meksikanın “Dorados” komandasının baş məşqçisidir. (Report)