XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

01 Fevral 2019 - 20:12

ABŞ “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsindən çıxır –SƏBƏB

Fevralın 2-dən ABŞ hökuməti “Orta və kiçik mənzilli raketlərin ləğvi” müqaviləsində iştirakını dayandırır.

Bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

O, Rusiyanın müqavilənin şərtlərinə əməl etmədiyini və bunun nəticəsində iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq imkanlarının aradan qalxdığını diqqətə çatdırıb.

“ABŞ Rusiyadan müqavilə şərtlərini pozduğunu düşündüyümüz yerdən buraxılan qanadlı raketi ləğv etməyi istəyir”, – deyə əlavə edən Ağ Ev rəsmisi bununla yanaşı, silahlara nəzarət məsələsində Rusiya ilə dialoqa hazır olduqlarını da qeyd edib. (Report)