XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 00:32

Tramp raketlərin ləğvinə dair yeni müqavilə bağlanmasını istəyir:"Buna müvəffəq olacağıq"

ABŞ prezidenti Donald Tramp Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilənin əvəzində yeni raket sazişi imzalamaq istədiyini bildirib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, bunu Ağ evdə jurnalistlərə deyib.

“Ümid edirəm, biz hamını böyük və gözəl otağa yığıb, daha yaxşı bir müqavilə bağlamağa müvəffəq olacağıq. Mən bunu görmək istərdim”, – deyə Tramp bildirib.

Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilə haqqında danışan Amerika lideri qeyd edib ki, Vaşinqton digər tərəf müqaviləni pozduğu halda, ona əməl etməyəcək.