XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 10:41

Kutaisi beynəlxalq aeroportundan 27 istiqamətə uçuşlar həyata keçiriləcək- Siyahı

Gürcüstanın Kutaisi beynəlxalq aeroportu bu ilin ikinci yarısından daha 6 istiqamətə uçuşlar həyata keçirəcək.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Mamuka Baxtadze keçirdiyi brifinqdə məlumat verib.

Hökumət başçısı deyib ki, cari il avqustun 1-dən etibarən Kutaisi beynəlxalq aeroportundan Hollandiyanın Eyndxoven, Estoniyanın Tallin, Belçikanın Brüssel, Danimarkanın Kopenhagen, İtaliyanın Bari və İsveçrənin Bazel şəhərlərinə mütəmadi uçuşlar həyata keçiriləcək.

Onun sözlərinə görə, yeni marşrutlar üzrə uçuşların həyata keçirilməsi ölkəyə 100 milyon dollar sərmayənin cəlb olunması nəticəsində başa gəlib.

Uçuşları Macarıstanın “Wizz Air” şirkəti həyata keçirəcək. Hazırda şirkət Kutaisi beynəlxalq aeroportundan 21 istiqamətə uçuşlar həyata keçirir.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyinin məlumatına görə, “Wizz Air” ölkədə 2012-ci ildən fəaliyyət göstərir. 2018-ci ildə ilin ən populyar şirkəti elan olunub.

İl ərzində şirkət Gürcüstanda 587 min 179 sərnişinə xidmət göstərib.