XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 12:08

İran yeni “Cruis Seyir” raketini təqdim etdi- FOTO

İran İslam İnqilabının 40-cı ildönümü ilə əlaqədar fevralın 2-də Tehranda keçirilən milli aviasiya sərgisində yeni raket təqdim edilib.

AZƏRTAC xəbər verir ki, yeni “Cruis Seyir” raketi İranın milli istehsalıdır. Raketi təqdim edən müdafiə naziri general Əmir Hatemi bildirib ki, bu raket uzaq mənzillərdəki hədəfləri vurmaq üçün nəzərdə tutulub. Onun istehsalında ən yeni texnologiyalardan istifadə edilib.

General diqqətə çatdırıb ki, İran heç bir dövlətə hücum etmək niyyətində deyil. İran öz müdafiə qüvvəsini artırmaqla təhdidlərin qarşısını almağa çalışır. Lakin İrana qarşı hər hansı təcavüz planları aşkar edilərsə, rəsmi Tehran öz müdafiə qabiliyyətindən istifadə edərək təcavüzün qarşısını alacaq.

Qeyd edək ki, sərgidə İranın aviasiyaya aid 350 məhsulu nümayış etdirilir və bunların da əksəriyyəti hərbi sahəyə aiddir.

Sərgi 10 gün davam edəcək.