XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 12:31

Livanda yeni hökumət fəaliyyətə başlayıb- Yeni kabinetin 30 üzvü var

Doqquz ay davam edən siyasi böhrandan sonra Livanda üçüncü müddətə Baş nazir seçilən Saad Haririnin rəhbərliyi ilə yeni hökumət formalaşdırılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, 30 üzvdən olan yeni kabinetin tərkibində dörd zərif cinsin nümayəndəsi, o cümlədən Livanın tarixində ilk dəfə olaraq qadın daxili işlər naziri var. Saad Haririnin bu hökumətinin qarşısında çətin problemlərin, xüsusən ÜDM-in 15 faizinə çatan dövlət borcunun azaldılması məsələsinin həlli durur.

Livanın yeni hökumətində bütün dini və siyasi icmaların təmsil olunduğu da bildirilir. S.Hariri o qədər də mehriban olmayan müxtəlif qrupların, o cümlədən ötən ilin may ayında keçirilmiş seçkilərdə uğur qazanmış İranın dəstəklədiyi “Hezbollah” şiə hərəkatının digər siyasi qüvvələrlə birgə fəaliyyətini təmin etməlidir. Sünni icmanın hökumətdə 1, şiələrin isə 2 yer əldə etməsi də gələcək anlaşılmazlıqların əlaməti kimi qiymətləndirilir. Baş nazir, öz növbəsində, bəyan edib ki, yeni hökumət üzvləri əvvəlki fikir ayrılıqlarını bir kənara qoyub fəaliyyətə başlamalıdırlar.

ABŞ Dövlət Departamenti, Avropa İttifaqı və Türkiyə Xarici İşlər Nazirliyi Livanda hökumət böhranına son qoyulmasını alqışlayan bəyanatlarla çıxış ediblər.