XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 14:28

Avropanın qənaətli turizm üçün əlverişli şəhərləri- SİYAHI

Polşanın Krakov şəhəri Avropanın qənaətli turizm üçün ən əlverişli şəhərləri reytinqinə başçılıq edir.

AZƏRTAC Euro-pulse.ru saytına istinadla xəbər verir ki, bu barədə Britaniyanın “Which?” istehlakçılar assosiasiyasının məlumatında deyilir.

Assosiasiya sayt istifadəçiləri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən qənaətli səyahətlər üçün şəhərlərin reytinqini tərtib edib. Onlar Avropa şəhərlərini altı meyar – yaşayış şərtləri, mədəni abidələr, qida və içki, nəqliyyat, alış-veriş üçün imkanlar və ümumilikdə xərclər səviyyəsi üzrə qiymətləndirib.

Həmin siyahıda ilk yeri Krakov tutub. Reytinqin ikinci pilləsində İspaniyanın Valensiya şəhəri, üçüncü yerdə isə Budapeşt qərarlaşıb. İlk beşliyə, həmçinin İtaliyanın Bolonya və Almaniyanın Berlin şəhərləri daxil olub. Siyahıda növbəti yerləri İspaniyanın Sevilya və Barselona, Avstriyanın paytaxtı Vyana, Portuqaliyanın Funşal və Hollandiyanın Amsterdam şəhərləri tutub.

Sorğu iştirakçıları arasında Krakovu daha çox tarixlə maraqlanan insanlar bəyənib, Budapeştə isə ən çox ucuz təbii spa həvəskarları üstünlük verib.