BMT-nin baş katibi Antoniu Quterreş Livanda yeni hökumətin formalaşmasını alqışlayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müvafiq bəyanat fevralın 1-də BMT-nin saytında dərc olunub.
“BMT-nin baş katibi Antoniu Quterreş Livanda ötən ilin mayında keçirilən ümumi seçkilərdən sonra səkkiz aylıq danışıqlar nəticəsində yeni hökumətin formalaşmasını alqışlayıb”, – deyə bəyanatda bildirilir. Həmçinin Quttereş Livanın Baş naziri Saad Haririni və ölkənin siyasi rəhbərliyinin nümayəndələrini təbrik edib.
Qeyd edək ki, yanvarın 31-də Livanda Baş nazir Saad Haririnin başçılığı ilə milli birlik hökumətinin formalaşdırılması başa çatıb. Yeni kabinetə sədrdən əlavə ölkənin bütün etnik konfessional və siyasi qüvvələrini təmsil edən 30 nazir daxil edilib.