XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 17:34

Fransada “sarı jiletlər” etiraz aksiyasının 12-ci aktı başlayıb- Tələblər

Fransada “sarı jiletlər” etiraz aksiyasının 12-ci aktı başlayıb.

AZƏRTAC xəbər verir ki, etirazın 12-ci həftəsi aksiya başlayandan polislə qarşıdurmada yaralanan yüzlərlə fəala həsr edilib.

“Sarı jiletlər” polisin nümayişçiləri əlil etməsinə son qoyulmasını tələb edirlər. Onlar nümayişçilərə qarşı istifadə olunan müdafiə üçün rezin güllə silahlarının, gözyaşardıcı qumbaraların və pnevmatik qumbara atan silahların qadağan olunmasını tələb edirlər.

On ikinci aksiyanın iştirakçıları günorta saatlarında Domenil prospektindən hərəkətə başlayıb, Respublika meydanına doğru irəliləyəcəklər.

Bu gün Parisdə 2-ci “sarı gecə” aksiyası da olacaq. Nümayişçilərin tələbləri “sarı dəftər”də qeyd ediləcək.