XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 17:57

Braziliyada su bəndinin dağılması anı- VİDEO

Braziliyada azı 115 nəfərin ölümü ilə nəticələnən su bəndinin dağılması anının videosu yayılıb.

Kadrlarda yamac boyu palçıq axınının yaxınlaşması və mədəndəki işçilərin hadisə yerini tərk etmək cəhdləri nəzərə çarpır.

Qeyd edək ki, son məlumata əsasən, yanvarın 25-də “Vale” kompaniyasının “Corrego do Feijao” mədənində su bəndinin dağılması nəticəsində azı 115 nəfər həlak olub, 248 nəfər isə itkin düşüb. Qəzadan sonra təhlükəli zonadan 24 mindən çox insan təxliyə edilib.

Bu, Minas-Jerays ştatında son illər ərzində artıq ikinci oxşar qəzadır. Belə ki, 2015-ci ilin noyabr ayında həmin ştatın Bentu-Rodriqeş kəndində “Samarco” kompaniyasının “Vale” və BHP şirkətləri ilə birgə istifadə etdikləri iki su bəndinin dağılması nəticəsində 19 nəfər həlak olmuş və ətraf mühitə xeyli zərər dəymişdi(azərtac).