XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 18:44

Avstraliyada hava limanı təxliyyə edilib- Fövqəladə vəziyyətə görə

Avstraliyanın şərqindəki Brisbeyn şəhərinin beynəlxalq hava limanı fövqəladə vəziyyətə görə polis tərəfindən təxliyyə edilib.

“Report” xəbər verir ki, bu barədə Kuinsland ştatı polisinin “Twitter”dəki səhifəsində məlumat verilib.

Məlumatda beynəlxalq terminalda naməlum şəxsin polis tərəfindən nəzarətə götürüldüyü, terminalda axtarış aparıldığı bildirilib və vətəndaşlar hava limanından uzaq olmağa dəvət edilib.

KİV-in məlumatına görə, hava limanının terminalına əlində bıçaq olan naməlum şəxs daxil olduqdan və bomba partlaması təhlükəsi iddiasından sonra polis tərəfindən vurulub.

Hadisə yerinə polis və tibb işçiləri cəlb olunub.