XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 20:16

Argentinanın paytaxtında güclü yanğın:1 nəfər ölüb, çoxlu sayda yaralı var

Argentinanın paytaxtı Buenos-Ayresdəki “Obelisk” otelində baş vermiş yanğın nəticəsində 1 nəfər ölüb, çoxlu sayda yaralı var.

AZƏRTAC “Buenos Aires Times” saytına istinadla xəbər verir ki, yaralanan 42 nəfər paytaxtın müxtəlif xəstəxanalarına çatdırılıb. Onlardan beşinin ağır dərəcəli yanğın xəsarəti aldığı bildirilir. Yaralı sayının çox olması tüstünün liftin şaxtasına dolması ilə əlaqədardır.

Buenos-Ayresin yanğın xidmətinin məlumatında qeyd olunur ki, otelin 5-ci mərtəbəsində başlayan yanğının səbəbləri dəqiqləşdirilir. Bəzi şahidlər burada partlayış olduğunu da iddia edirlər. Hazırda yanğın tamamilə söndürülüb və otel binasında təhqiqat aparılır.

“Obelisk” otelinin Braziliyadan gələn turistlər arasında populyar olduğu və yaralıların əksəriyyətinin də braziliyalı olduğu bildirilir.