XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

02 Fevral 2019 - 21:35

İstanbula gələn turistlərin sayı 24 faiz artıb- Bir ildə 13 milyon 433 min 101 nəfər...

İstanbul Mədəniyyət və Turizm Müdirliyi tərəfindən aparılan statistikaya əsasən, 2018-ci ildə İstanbula 13 milyon 433 min 101 xarici vətəndaş gəlib.

AZƏRTAC xəbər verir ki, hesablamalara görə, 2017-ci illə müqayisədə ötən il şəhərə gələn turistlərin sayı 24 faiz artıb.

Yalnız dekabr ayında İstanbula 1 milyon 77 min 979 turist gəlib ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 21,3 faiz çoxdur.

Bundan əlavə, şəhərin hava nəqliyyatında da 23,9 faiz artım müşahidə edilib.