XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2019 - 13:06

Özbəkistanda İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi yaradıldı –Prezident fərmanı

Özbəkistanın Mətbuat və İnformasiya Agentliyinin bazasında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi yaradılıb.

Bu haqda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Fərman imzalayıb. Sənəddə deyilir ki, Agentlik dövlət informasiya siyasətinin həyata keçirilməsi sahəsində səlahiyyətli orqandır və Prezident Administrasiyasının strukturuna daxildir. Agentliyin üzərinə kütləvi informasiya vasitələri ilə işgüzar münasibətlər yaratmaq və bu əlaqələri gücləndirmək, mətbuatda şəffaflığı təmin etmək, müxtəlif qurumların mətbuat xidmətləri ilə işi təkmilləşdirmək vəzifələri qoyulub.

Qeyd olunur ki, dövlət hakimiyyət və idarəetmə orqanları bu sahədə agentliyin qərarlarını yerinə yetirməlidir.