XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2019 - 13:20

ABŞ  Venesuelaya ilk humanitar yardımı göndərməyə hazırlaşır –Ac uşaqlar üçün ərzaqlar hazırlanıb (FOTO)  

ABŞ-da Venesuelaya göndərmək üçün ilk humanitar yardım partiyası hazırlanıb. Yardım kifayət qədər ərzaq ala bilməyən uşaqlar üçün nəzərdə tutulub.

Strateq.az bildirir ki, bu barədə USAİD-in rəsmisi Mark Qrin tvitter səhifəsində yazıb. Qeyd edək ki, dünən Venesuelada müxalifətin etiraz mitinqində özünü müvəqqəti prezident elan etmiş parlamentin spikeri Quaydo elan edib ki, dövlətin ABŞ-dan humanitar yardım almağa qoyulmuş qadağanı ləğv edir.

Quaydo bildirib ki, xarici ölkələrdən humanitar yardımın gətirilməsi üçün 3 məntəqə açılacaq. Bunlar Kolumbiya ilə sərhəddə yerləşən Kukute şəhəri, Braziliya və Karib dənizindəki bir adadır.

ABŞ prezidentinin müşaviri Con Bolton ötən həftənin cümə günü Venesuelaya humanitar yardımın göndəriləcəyini vəd etmişdi.