XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

03 Fevral 2019 - 20:36

Robert Muqabenin qohumu diktatorun pullarını oğurlayıb

94 yaşlı Robert Muqabe 30 il ərzində Zimbabvenin prezidenti (1987 –2017) olub. Dünya çapında tanınan diktatorlardan biridir. Bu yaxınlarda onun evindən təxminən 1 milyon məbləğdə nağd dollar oğurlanıb. Oğurluq sabiq prezidentin əyalətdəki evinin kitabxanasında baş verib.

Məhkəmə araşdırmasına görə, diktator həmin pulu çataya qoyub və kitabxanada unudub. Zimbabvenin dövlət qəzetləri yazır ki, oğurluğu törədən 3 nəfər həbs olunub. Onların arasınada Robert Muqabenin bir qohumu da var. Ümumi məbləğdən ələ gələn isə cəmi 78 min dollar olub. Diktatorun 50 yaşlı qohumu Constancia Muqabe etiraf edib ki, onlar oğurluq pulla özlərinə avtomobil, ev və fermada saxlamaq üçün iribuynuzlu heyvanlar alıblar. Hazırda Robert Muqabe Sinqapurda müalicə olunur.

O, iqtidarda olduğu dönəmdə Zimbabve korrupsiyası girdabına qərq olub, iqtisadi iflas yaşanıb, xalqa qarşı repressiya və xüsusi qəddarlıq sərgilənib. (musavat.com)