Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı namizədliyin qeydə alınması məqsədilə sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün nəzərdə tutulan vaxt bu gün başa çatıb.
Bu barədə AZƏRTAC-a Ukrayna MSK-nın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, namizədlərin qeydə alınması prosesi fevralın 8-də başa çatacaq. Artıq 28 nəfərin prezidentliyə namizədliyi qeydə alınıb. Prezidentliyə namizəd olmaq istəyən 74 nəfər sənədlərini MSK-ya təqdim edib. Qeyd edək ki, Ukraynada prezident seçkisi martın 31-də keçiriləcək.