XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

04 Fevral 2019 - 08:44

Roma Papasından tarixi səfər –  Birləşmiş Ərəb Əmirliklərinə gəldi (FOTO)

Fevralın 3-də Roma Papası Fransisk Birləşmiş Ərəb Əmirliklərinə tarixi səfərə gəlib.

Strateq.az AZƏRTAC-a istinadən  xəbər verir ki, beynəlxalq hava limanında ali qonağı Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyan və Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib qarşılayıblar.

Bu gün Roma Papasının Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü planlaşdırılıb. Həmçinin Roma Papası ilə Əl-Əzhər məscidinin baş imamı Şeyx Əhməd Əl-Tayyib arasında insanların qardaşlığı və dünyada sülhün təmin olunmasının dəstəklənməsi məsələləri müzakirə olunacaq. Bu əlamətdar hadisənin təşkili BƏƏ-nin qardaşlıq və tolerantlıq, humanizm kimi bəşəri dəyərlərin, habelə bütün insanların və dinlərin dinc yanaşı yaşamasının dəstəklənməsi işinə daha bir töhfəsi olacaq.

Roma Papası və Şeyx Əhməd Əl-Tayyibin vəliəhd Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətinə əsasən Əbu-Dabidə dünyanın müxtəlif ölkələrindən gəlmiş dini liderlərin iştirakı ilə ümumbəşəri qardaşlığa həsr olunmuş beynəlxalq konfransda iştirak edəcəkləri gözlənilir.

Fevralın 5-dək davam edəcək səfəri çərçivəsində Papa Fransisk 120 min insanın iştirakı ilə messa keçirəcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır.