XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

04 Fevral 2019 - 12:52

Qəddafinin oğlu həbsxanadan çağırış etdi:"BMT-dən mənim üçün həkim briqadası göndərin"

Liviyanın keçmiş rəhbəri Müəmmər Qəddafinin Livan həbsxanasında saxlanılan oğlu Hannibal Qəddafi saxlanma şərtlərindən danışıb.

Trend-in məlumatına görə, RİA Novosti agentliyinə müsahibə verən H.Qəddafi sağlamlığından şikayət edib. O, belində və sinəsində ağrıların olduğunu bildirib və BMT-dən onun üçün həkim briqadasının göndərilməsini istəyib. Müəmmər Qəddafinin oğlu onu ziyarət etməyə gələnlərin də həbsxanaya buraxılmadığını deyib.

Qeyd edək ki, Hannibal Qəddafi 2015-ci ildə Livanda həbs olunub.