XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2019 - 15:30

Putinin sözçüsü:"Quaydonu prezident kimi tanımaq, Venesuelaya xarici müdaxilədir"

Bəzi Avropa ölkələrinin Venesuela müxalifətinin lideri Xuan Quaydonu aralıq dövr prezidenti kimi tanıması xarici müdaxiləyə bərabərdir və venesuelalılar öz daxili siyasi məsələlərini özləri həll etməlidirlər, xarici qüvvələr deyil. Belə bir bəyanatla fevralın 4-də Kreml çıxış edib.

Müxalifətin nəzarət etdiyi Milli Assambleyaya rəhbərlik edən Qayido ötən ay özünü keçid dövrü üçün lider elan edib və bu addım beynəlxalq qüvvələr arasında ziddiyyət yaradıb.

İspaniya, Britaniya, Fransa, Avstriya, İsveç və Danimarka fevralın 4-də Quaydonu aralıq dövr prezidenti kimi tanıyıb. Paris bildirib ki, Quaydonun seçki təşkil etmək hüququ var, çünki hakimiyyətini saxlamağa çalışan Prezident Nikolas Maduronun rəhbərlik etdiyi sosialist hökuməti bundan imtina edir.

Avropanın böyük dövlətləri Maduronun yeni seçkinin vaxtını təyin etməsi üçün səkkiz günlük müddət qoymuşdu.

“Qəsb edilmiş hakimiyyəti legitimləşdirmək cəhdləri Venesuelanın daxili işlərinə qarışmağa bərabərdir”, – Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov fevralın 4-də jurnalistlərə deyib.

Ölkəni diktatura kimi idarə etməkdə suçlanan Maduro isə Avropa ölkələrinin bu addımına qarşı çıxıb, onları ABŞ Prezidenti Donald Trampın elədiklərini kölə kimi təkrarlamaqda suçlayıb. (azadliq.org)