XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

04 Fevral 2019 - 18:52

Avropa Birliyi ölkələri Quaydonu prezident kimi tanımağa başladı

Avropa dövlətləri Venesuelanın qanuni rəhbəri kimi Xuan Quaydonu tanımağa başlayıb.

Strateq.az-ın xəbərinə görə, bu gün səhərdən etibarən Britaniya, Fransa, Almaniya, İspaniya, Portuqaliya, Hollandiya, Avstriya, İsveç, Danimarka, Polşa, Çexiya, Litva və Latviya X.Quaydonu Venesuelanın müvəqqəti prezidenti qismində (seçkilərə qədər) tanıdıqlarını elan ediblər.

Fransa prezidenti Emmanuel Makron qərarını “Tvitter”dən açıqlayıb: “Venesuelalıların öz iradələrini azad və demokratik şəkildə ifadə etmək haqqı var. Fransa seçkilərə qədər Quaydonu müvəqqəti prezident kimi tanıyır”.

Avropa Birliyinin təşkilat olaraq qərar qəbul etməsini İtaliya bloklayıb. Roma baş verənləri Venesuelanın daxili işlərinə müdaxilə sayır.

Qeyd edək ki, ötən həftə Avropa Birliyi ölkələri Venesuela prezidenti Nikolas Maduroya yeni seçkilərə gedilməsi üçün 8 günlük vaxt vermişdi. Maduro isə ultimatumu rədd etmiş və prezident seçkilərinin önə çəkilməyəcəyini açıqlamışdı.