XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 February 2016 - 14:06

ABŞ-la İtaliya arasında Berluskoni qalmaqalı- Amerikalı səfir XİN-ə çağırıldı

 

Berluskoni

 

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən izlənilməsi iki ölkə arasında gərginlik yaradıb.

 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın İtaliyadakı səfiri izahat üçün bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.  

 

Bu barədə məlumat yayan «Deutsche Welle» bildirir ki, səfir Con Filipsdən Berluskoni və köməkçilərinin niyə izləndiyi soruşulub.

 

Diplomatik qalmaqala «WikiLeaks»in dünən yaydığı yeni məlumatlar səbəb olub. Həmin məlumatlarda bildirilir ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi 2008-ci ildən 2011-dək 79 yaşlı mediamaqnatı gizli dinləyirmiş. Berluskoninin BMT baş katibi Pan Gi Mun, Almaniya kansleri Angela Merkel, İsrail baş naziri Benyamin Netanyahu ilə görüşləri də dinlənilib.