Fransada baş verən güclü yanğında ölənlərin sayı 7 nəfərə çatıb.
Radiostansiyanın məlumatına görə, hadisə zamanı həmçinin 28 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Hadisənin başvermə səbəbi məlum deyil.
Daha əvvəl bildirilirdi ki, yanğın zamanı 4 nəfər həlak olub, daha 25 nəfər yaralanıb. (Report)