XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

05 Fevral 2019 - 14:12

Suriyanın Ərəb Liqasına qayıtmasını təşkilatın 8 üzvü dəstəkləyir –Siyahı

Suriyanın Ərəb Dövlətləri Liqası üzvlüyünün bərpasını Livan, Əlcəzair, İraq, Tunis, Misir, Sudan,  Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn dəstəkləyir.

Bunu “RİA Novosti”yə Brüsseldəki diplomatik mənbə bildirib.

Qeyd edək ki, ötən gün Ərəb Liqasının Baş katibi Əhməd Əbul QeyitSuriyanın təşkilatdakı üzvlüyünün tam şəkildə bərpası üçün bütün üzv dövlətlərin razılaşdırılan mövqedə olmasının vacibliyini, lakin “hələlik etirazlar” olduğunu, bəzilərinin “mövqeyini açıqlamadı”ğını qeyd edib.

Xatırladaq ki, Ərəb Dövlətləri Liqası 2011-ci ildə Suriyada daxili münaqişə başladıqdan sonra bu ölkənin üzvlüyünü dayandırmışdı. Ərəb Liqasının üzvlüyünə Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cibuti, Əlcəzair, Fələstin, İordaniya, İraq, Komoro adaları (Komorolar), Küveyt, Qətər, Livan, Liviya, Mavritaniya, Mərakeş, Misir, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Tunis, Yəmən kimi ərəb dilinin işləndiyi ölkələr daxildir, həmçinin Braziliya, Eritreya, Ermənistan, Hindistan, Venesuela müşahidəçi statusuna malikdir/Report.