XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2019 - 17:22

Moskvada Əfqanıstan danışıqları başladı –Kreml təşkilatçı olduğunu inkar edir, amma...

Moskvada Taliban təmsilçiləri ilə keçmiş prezidenti Hamid Karzayinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikigünlük danışıqlar başlanıb. Bu, “əfqanlararası” sülh prosesinin tərkib hissəsi adlandırılır, amma Əfqanıstanın hökumət təmsilçiləri iştirak etmir.

Əfqanıstan prezidenti Əşrəf Qaninin idarəsi toplantını tənqid edib.

Bu arada Talibanla ABŞ təmsilçilərinin danışıqları da gedir, amma qruplaşma hökumətlə birbaşa danışmaqdan imtina edir. Rusiya hökuməti bu gün başlanan görüşün təşkilində əli olmadığını bildirib. Onu Moskvadakı əfqan diaspor liderləri keçirir.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Kreml Taliban təmsilçiləri ilə hər hansı görüş planlaşdırmır. Amma Moskvada Kremlin razılığı olmadan belə bir toplantının keçirilməsi də mümkün görünmür.

Moskva danışıqlarına MDB və Avropa ölkələrinin əfqan diasporlarından, eləcə də İran və Pakistandan təmsilçilərin qatılacağı gözlənir.

Əfqanıstan hökumətinin başçısı Abdullah Abdullah deyib ki, hökumət istənilən sülh danışıqlarının mərkəzində durmalıdır və Kreml Moskva görüşünün tamam fərqli formada keçirilməsini istərdi. Abdullah Talibanın Əfqanıstanda sülhə ən böyük əngəl olduğunu vurğulayıb. Amma onu da deyib ki, Moskva görüşü əsl sülh danışıqlarına yol açarsa, bu da irəliyə bir addım olar. Birləşmiş Ştatlar bu görüşlə bağlı açıq şərh verməyib.

Toplantıda Talibanın 10 nəfərdən ibarət nümayəndə heyətinə ŞerMəhəmməd Abbas Stanikzayi başçılıq edir.

Danışıqlardan öncə Stanikzayi Talibanın əfqanlarası nümayəndə heyətilə birbaşa danışıqlara dair mövqeyini soruşan jurnalistlərə cavab verməyib, “şərh daha sonra veriləcək” deyib.

Karzayi isə jurnalistlərlə heç danışmayıb. “Twitter” postunda Karzayi yazıb ki, danışıqlara “hamımız üçün sülh, birlik, suverenlik və proqres mesajı” aparacaq. Kabilin nümayəndə heyətinə Karzayidən başqa bir sıra keçmiş hökumət adamları daxildir. Bu arada Əfqanıstanda Talibanın son hücumlarında azı 21 nəfərin öldürüldüyü bildirilir.

(Azadlıq radiosu)